Böyük Britaniya, Kanada, İsveç və Ukrayna 2020-ci ildə Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bu dövlətlərin diplomatik idarələrinin birgə bəyanatında deyilir.
“Dəfələrlə qeyd etdiyimiz kimi, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Aerokosmik Qüvvələrinin üzvləri tərəfindən atılan iki raketi ilə “PS752” reysini vurmaqla, beynəlxalq hüquqi öhdəliklərini pozub”, – nəşr bildirib
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.
Onu da qeyd edək ki, Kiyev Tehranı təyyarə qəzasının əsl səbəblərini gizlətməyə çalışmaqda ittiham edir.
Havar Şəfiyeva





