“Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi”.
Elchi.az BBC.com-a istinadən bildirir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Həqiqətən kimsə inanırmı ki, Ağ Evin Oval Ofisə çox yaxın olan Qərb Qanadında tapılan kokain Hunter və ya Co Bayden üçün deyil, başqası üçün nəzərdə tutulub?”, – deyə Tramp qeyd edib.
Sabiq prezidentin sözlərinə görə, onun saxta media adlandırdığı Amerika mediası tezliklə bu tozun ümumiyyətlə dərman deyil, aspirin olduğunu yazacaq və tezliklə bütün hekayə sıfırlanacaq.
Xatırladaq ki, iyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analiz tozun kokain ola biləcəyini göstərib, hazırda əlavə araşdırma aparılır.
Yeganə




