“İyun ayında iki olimpiya oyunları keçirilib. Həm Avropa oyunları, həm də xüsusi olimpiada. Birinci Avropa oyunlarında 56 medal qazanmışdıq. Hansı ki, Mehriban xanımın təşkilatçılığı ilə Bakıda keçirilmişdi. Həmin tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Üçüncü Avropa oyunlaırnda isə biz, cəmi 11 medal qazanmışıq. Yəni 5 dəfə az”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, bu bizi ciddi narahat etməlidir: “Amma buna baxmayaraq mən olimpiadada qalib gəlmiş idmançıları və onların məşqçilərini təbrik edirəm. Hesab edirəm ki, müvafiq dövlət orqanları bu barədə ciddi düşünəcəklər. Mən, deputat həmkarım Fazil Mustafanı xüsusi təbrik etməık istəyirəm. Onun rəhbərlik etdiyi Xüsusi Olimpiya Komitəsi Almaniyada keçirilən yarışlarda uğur qazanıb. Həmin yarışlarda tam fəaliyyət qabiliyyəti olmayan uşaqlar olimpiadada iştirak edirdilər və əslində belə uşaqlara xüsusi diqqətin göstərilməsi dövlətin inkişaf səviyyəsinin göstəricisidir. 49 idmançıdan 24-ü qalib gəlib və MDB üzrə birinci yeri tutmuşuq. Almaniyada keçirilən həmin yarışlarda 200 ölkə iştirak edib”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...





