Şinkovski Volın qırğınının 80-ci ildönümündə Ukraynadan üzr istəməsini tələb edib.
Elchi.az xəbər verir ki, Varşava iyulun 11-də baş tutacaq Volınya qırğınının 80-ci ildönümü öncəsi Kiyevdən üzrxahlıq baxımından hər hansı jest gözləyir. Bu sözləri Polşanın Avropa məsələləri üzrə naziri Şimon Şinkovski Vel Şenk RMF FM radiostansiyasının efirində deyib.
Şinkovski, “Şübhəsiz ki, bu məsələdə jestlərə ehtiyac var, çünki bu, hələ də sağalmamış yaradır” dedi.
Bundan əlavə, o, Ukraynanı NATO-nun Vilnüsdə keçiriləcək sammitindən çox şey gözləməməyə çağırıb. Onun sözlərinə görə, hələ də alyansda bu məsələdə məsafə saxlayan ölkələr var.
Şayəstə Hüseynova





