İyunun 27-də Fransada Əlcəzair əsilli Nahelin polis gülləsi ilə öldürülməsindən sonra 2017-ci ildə polisə verilən “dur” xəbərdarlığına əməl etməyənləri güllələmək səlahiyyəti böyük reaksiya doğurur. Xəbərdarlığa əməl etməyənlərə atəş açma nisbətinin 2017-ci ildən bəri 6 dəfə artdığı iddia edilir. Ölkədə gərginliyin azaldığı bir vaxtda 100-dən çox siyasi partiya iyulun 8-də yürüşə çağırıb.
Elchi.az xəbər verir ki, 2017-ci ildə Fransada baş verən hadisələrdən sonra terrorla mübarizə çərçivəsində polisə verilən geniş səlahiyyət gündəmdə qalmaqdadır.
Bu çərçivədə 2021-ci ildən bu yana 57 nəfər polisin “saxla” xəbərdarlığına tabe olmadıqları üçün güllələnib.
18 öldüb, 39 nəfər yaralanıb. Təkcə 2022-ci ildə 13 nəfər dünyasını dəyişib.
2023-cü ilin birinci yarısında 3 nəfər polis güllələri nəticəsində həlak olub. Onlardan biri Əlcəzair əsilli 17 yaşlı Nahel olub.
Şayəstə Hüseynova





