Zaporojye Atom Elektrik Stansiyasının partlaması ilə bağlı Ukrayna və Rusiyanın iddiaları gündəmdədir. Belə bir ssenaridə partlayışın təsiri yerləşdirilmiş partlayıcıların gücündən və yerindən asılı olaraq dəyişə bilər. Mütəxəssislər belə bir partlayışın Çernobıl fəlakətinə oxşar və ya daha böyük zərər verə biləcəyini bildirirlər.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamaları ilə Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasının bəzi enerji bloklarının damına partlayıcıya bənzər materiallar yerləşdirdiyi iddiası gündəmə gəlib. Rusiyanın elektrik stansiyasına hücumu simulyasiya etmək istədiyini bildirən Zelenski bu məsələdə dünyanın yeganə təhdid mənbəyinin Rusiya olduğunu bildirib.
Rusiyanın “Rosenerqoatom” nüvə enerji şirkətinin baş menecerinin müşaviri Renat Karaçaa iddialara cavab olaraq Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına hücum etməyi planlaşdırdığını iddia edib. Karaçaa Ukraynanın radioaktiv tullantılarla doldurulmuş sursatı elektrik stansiyasına atmağı planlaşdırdığını iddia edib.
Şayəstə Hüseynova




