"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır”

06 İyul 2023 - 15:20
in GÜNDƏM

Qüdrət Həsənquliyev: “Bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı öz fikirlərini bölüşüb. Millət vəkili bir sıra diqqətçəkən məqamlara toxunub: “Erkin Qədirlinin sözylədiyi fikirlər nəzəri məsələdir. Bununla bağlı beynəlxalq təcrübəyə də istinad eləmək olar ki, bəli konstitusiya məhkəmələri bir çox hallarda konstitusiya və qanunların hansısa normalarının şərhini verə bilirlər, qanunların konstitusiyaya uyğunluğu ilə bağlı rəy verirlər. Amma hazırda qüvvədə olan konstitusiyada açıq mətnlə yazılıb ki, ombudsman məhkəmə aktlarının qanunlara və konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiyada belə yazılıb. Bu olduğu kimi də qanuna daxil olmalıdır”.
Millət vəkili “biz, bunu dəyişiriksə, bu o deməkdir ki, konstitusiyanı açıq şəkildə pozuruq”,- deyə vurğulayıb: “Mən komitə iclasında da çox geniş çıxış elədim və əsaslandırmağa çalışdım, konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda da konstitusiyanı oxudum, amma yenə də xeyri olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Mən çıxış yolunu nədə görürəm? Düzü, mən, hər zaman söyləmişəm ki, qanunların xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də, elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Konstitusiyanı pozmaqadansa, bir referendum aktı keçirək, konstitusiyanın fəaliyyətini onu tez-tez pozmaqdansa hansısa müddətə dayandıraq. Bunun da adını “keçid dövrü üçün” qoyaq. Bu onsuz da heç nəyi dəyişməyəcək. Siyavuş müəllim də qeyd elədi ki, onsuz da müraciətlərin sayı çox deyil ki, bu Konstitusiya Məhkəməsinin işini pozsun. Sadəcə, əsas verəcəyik ki, həm camaat görsün ki, konstitusiyaya əməl olunmur, həm də bizi kənardan tənqid edəcəklər ki, baxın, konstitusiyaya hörmət bundan ibarətdir.
Hörmətli sədr! Ona görə də bu məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var və deputatlarn qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməlidirlər. İzahat veriməlidirlər ki, niyə konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır. Açıq söyləyirəm ki, bu izahatı vermirlər. Yəni bir dəfə bildirmişdilər ki, “biz, cənab prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimzidən qaçıb. Yaxud konstitisuyaya diqqət yetirməmişik. Və ya konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz”. Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir. Bu yanaşma dəyişilməldir. Bir dəfə mən zoom-müşavirə keçiriləndə də söylədim ki, yanaşma dəyişməldir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tramp ABŞ-ın keçmiş prezidenti ilə bağlı paylaşıb edib

Next Post

Rus nömrəsi olan avtomobillərin girişi bu ölkəyə qadağan olunacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rus nömrəsi olan avtomobillərin girişi  bu ölkəyə  qadağan olunacaq

Rus nömrəsi olan avtomobillərin girişi bu ölkəyə qadağan olunacaq

“Ukrayna Zaporojye atom elektrik stansiyasına hücum edə bilər” – ABŞ

"Ukrayna Zaporojye atom elektrik stansiyasına hücum edə bilər" - ABŞ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.