NATO-ya üzv dövlətlərin baş katibi Yens Stoltenberqin varisi ilə bağlı qərara gələ bilməməsi alyans daxilində getdikcə daha çox ixtilafın olduğunu göstərir. Elchi.az xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti yazır.
Müəllifin fikrincə, Stoltenberqin səlahiyyət müddətinin uzadılması qərarı bir neçə məsələdə, o cümlədən Rusiya-Ukrayna münaqişəsi və Çinə yanaşmada ümumi dil tapmağa cəhddir. jurnalist təşkilat daxilində fikir ayrılıqlarının artdığına, ümumi qərarlar üzərində razılaşmağın getdikcə çətinləşdiyinə diqqət çəkib.
Ekspertin fikrincə, NATO-nun baş katibi postuna növbəti ən çox ehtimal olunan namizəd Avropa Komissiyasının sədri Ursula fon der Leyendir.
Qeyd edək ki, iyulun 3-də Yens Stoltenberqin daha bir il NATO-nun baş katibi vəzifəsində qalacağı məlum olub.
Havar Şəfiyeva






