Finlandiya Rusiyanın düşmən hərəkətlərinə cavab olaraq Turku şəhərindəki Rusiya Baş Konsulluğunu bağlaya bilər.
Elchi.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.
“Biz cavab hazırlayırıq. Sankt-Peterburq Baş Konsulluğunun bağlanmasına ekvivalent cavab Rusiyanın Turkudakı konsulluğunun bağlanmasıdır”, – o bildirib.
Qeyd edək ki, Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətini daynadırdığını və 9 finlandiyalı diplomatı ölkədən çıxardığını elan edib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




