Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin özbək redaksiyasına müsahibəsində ABŞ Dövlət Departamentinin Orta Asiya ölkələri ilə əlaqələr üzrə nümayəndəsi Deniel Rozenblüm bildirib.
Onun sözlərinə görə, texnika təmənnasız şəkildə özbək tərəfinə çatdırılacaq. Təhvil-təslim prosesi artıq ötən ilin dekabrından başlayıb və bir neçə ay sürəcək. Söhbət Birləşmiş Ştatların Əfqanıstanda istifadə eləmədiyi hərbi texnikadan gedir. Maşınlar pulsuz verilsə də, rəsmi Daşkənd nəqliyyat xərclərini qarşılamalıdır. Əlavə bilgi verilmir.
Qeyd edək ki, 2013-cü ildə Dövlət Departamenti Orta Asiya ölkələrinə hərbi silah-sursat və texnikanın verilməsinin bərpasına Konqresin razılığını alıb. Az sonra Vaşinqtonla Daşkənd arasında Əfqanıstanda hərbi əməliyyatlar bitdikdən sonra azad olunacaq hərbi texnikanın Özbəkistana verilməsi ilə bağlı danışıqlar başlayıb.




