“Meta” şirkəti tərəfindən yaradılan “Threads” platforması 24 saatdan az bir müddətdə 30 milyon istifadəçi toplaya bilib.
Elchi.az xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq paylaşım edib.
Onun paylaşımından sonra “Threads” sürətlə izləyicilərin diqqətini cəlb edib.
Qeyd edək ki, yeni platformada mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək olur. “Threads” 100 ölkədə mövcud olsa da, Avropa Birliyi ölkələrində hələ də aktiv deyil. Buna səbəb AB-nin nizamnamələridir.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





