“Avropalıları öldürün, boğazlarını üzün, maşınlarını, evlərini yandırın”
“Agence France-Presse”in xəbərində deyilir ki, Yusif Nasulxanov yaşadığı Şildiqheym şəhərində xeyli uğur qazanmışdı. Yaxşı mütəxəssis sayılırdı, idmançı kimi də seçilirdi. İndi isə o, İŞİD sıralarınadır və Parisdə baş vermiş terror hadisələrini alqışladığını bildirir.
Şəhər əhalisinin beşdə biri işsiz idi. Ancaq onu işlə təmin etməyə söz vermişdilər. O, qrafika sahəsində xeyli tanınırdı. 20 yaşlı bu gənc ötən yay yox olana qədər hamı tərəfindən sevilirdi. Kimsənin ağlına gələ bilməzdi ki, o, İŞİD-ə qoşula bilər. Yusif Nasulxanov islamla bağlı heç vaxt nəyəsə etiraz etməmişdi:
“Biz onunla söhbət edirdik, zarafatlarımız da olurdu. O, fransızlarla müsəlmanlar arasında hər hansı anlaşılmazlıq barədə bir kəlmə də deməmişdi”, Yusif Nasulxanovla bir ildən çox bir yerdə işləmiş Yann Lymand deyir. Və iddia edir ki, mənim tanıdığım Yusif Parisdə 17 nəfərin ölümünə səbəb olan terror aktını dəstəkləyə bilməz.
“Gələcəkdə bu kimi əməliyyatlar daha çox olmalıdır, bütün Avropanı əhatə etməlidir, inşallah, elə də olacaq”, Yusif Nasulxanov video-müraciətində deyir.
“Mən o qardaşlara müraciət edirəm ki, onlar İslam Dövlətinə gələ bilmirlər. Nə edə bilirsinizsə, yaşadığınız yerlərdə edin. Onları öldürün, boğazlarını üzün, onların maşınların, evlərini yandırın”, gənc terrorçu deyir.
Yusif Nasulxanov Rusiyanın Çeçenistan bölgəsindəndir. O, 15 yaşı olanda Fransaya gəlib. Yann Lymand onu həmişə himayə edib. Bütün çətinliklərini aradan qaldırmaq üçün həmişə onun yanında olub. Ona görə də Yusif Nasulxanovun video-müraciəti onu sarsıdıb: “Mən o görüntülərə baxa bilmirəm, o görüntülər məni əzir, məhv edir”.
Bəzi məlumatlara görə, Yusif Nasulxanov Razamzan ayında bəzən 5-6 gün məsciddən çıxmırmış. O radikal müsəlman olsa da, öz düşüncələrini məharətlə gizlədə bilmişdi.
O, yaxşı çəkilişlər apara bilirdi. Çeçenlər toy mərasimlərini ona etibar edirdilər. Öz toyunun olması arzusu ilə yaşayırdı. Ötən yay isə o birdən birə yoxa çıxdı.
Agentlik yazır ki, kasıblıq, səfalət terrora gedən yola işıq salır. Almaniyalı mütəxəssislərin hesablamasına görə, terrorçu qruplara qoşulanların əksəriyyəti savadıs və işsiz adamlardır.
400 terrorçu ilə bağlı aparılan araşdırmalar sübut etdi ki, onlardan yalnız yarısı orta məktəbi bitirə bilib. Cəmi 2 faizi isə Universitetə daxil olub. On nəfərdən yalnız birinin işi vardı. Onların üçdə ikisinin kriminalla bağlı problemi də qeydə alınıb.
Agentlik bildirir ki, Parisdə terroru həyata keçirən 3 terrorçunun üçü də kasıb idi, dövlətin dəstəyi ilə tikilmiş evdə yaşayırdı.
Elbəyi Həsənli, musavat.com