İngiltərədə dəri xərçənginə yoluxma halları hər il 17,500-ə çatıb.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Xərçəng Araşdırma İnstitutu tərəfindən nəşr olunan son hesabatda, ölkədə bütün yaş qruplarında dəri xərçəngi hadisələrinin hər il 17.500-ə çatdığı, qeydlərin tutulmağa başlamasından bəri ən yüksək səviyyə olduğu bildirilib.
Hesabatda artımın xüsusilə 55 yaşdan yuxarı insanlarda müşahidə edildiyinə diqqət çəkilərək, 1990-cı illərdən bu yana hadisələrin 195 faiz artdığı vurğulanıb.
Digər tərəfdən, hesabatda, qarşıdakı illərdə bütün yaş qruplarında hadisələrin təxminən yüzdə 50 arta biləcəyi və 2040-cı ilə qədər ildə 26,500-ə çata biləcəyi təxmin edilib.
Lakin tədqiqatçılar qeyd edirlər ki, bu artıma baxmayaraq, erkən diaqnoz və müalicə sayəsində xəstəlikdən ölümlər azalıb.
Nuranə Məmmədova





