ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri “Jake Sullivan”, “Milli təhlükəsizlik qrupunun yekdil qərarı ABŞ prezidenti Co Baydenə təqdim edilib. “Bayden tərəfdaşları ilə məsləhətləşərək, Ukraynaya kaset sursatlarının göndərilməsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri “Jake Sullivan” Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıqlamalar verib.
Ukraynaya “kaset bombaları” verilməsindən danışan Sullivan, “Burada bunu demək asan deyil. Mülki insanların həyatına nə qədər az zərər verə biləcəyimizlə bağlı çox çətin bir qərar verdik. Milli təhlükəsizlik komandasının yekdil qərarı ABŞ prezidenti Co Baydenə təqdim edilib. “Bayden tərəfdaşları ilə məsləhətləşərək, Ukraynaya kaset sursatlarının göndərilməsini təsdiqləyib. Ukraynaya dəstəyi davam etdirəcəklərini ifadə edən Sullivan, “Ukraynanın hücum və müdafiə əməliyyatlarını davam etdirməsi üçün artilleriyaya ehtiyacı var. Biz Ukraynanı tarixi miqdarda artilleriya mərmisi ilə təmin etmişik və bu mərmilərin yerli istehsalını sürətləndirmək prosesindəyik”. Partlamamış kaset sursatlarının yaratdığı riskdən danışan Sullivan, “Biz kasetli sursatların partlamadıqları üçün mülki şəxslərə zərər vermə riski yaratdığının fərqindəyik. Ona görə də bacardığımız qədər bu qərarı təxirə saldıq. “Ukrayna bizə yazılı təminat verib ki, onlardan çox ehtiyatla istifadə edəcək.
Müharibədə Rusiyanın istifadə etdiyi hərbi texnikanın istifadəsini tənqid edən Sullivan, “Rus əsgərləri və tankları Ukrayna mövqelərini devirsə və Ukrayna ərazilərini ələ keçirsə, Ukraynada kifayət qədər artilleriya olmadığı üçün Ukrayna vətəndaşları böyük risk altında olacaq”,-deyib.
Nuranə Məmmədova





