Cənubi Amerika ölkəsi Ekvadorda iki dəstə arasında baş verən qarşıdurmada 6 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin Manabi şəhərinin Manta rayonunda ərazinin üstünlüyü səbəbindən cinayətkar təşkilatlar arasında toqquşmalar baş verib.
Rəqib cinayətkar təşkilatlar arasında baş verən qarşıdurmada 6 nəfərin həyatını itirdiyi bildirilib.
Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib və araşdırma başlanıb.
İlin əvvəlindən ölkənin müxtəlif şəhərlərində baş verən qarşıdurmalarda 350-dən çox insanın həyatını itirdiyi qeydə alınıb.
Nuranə Məmmədova




