ABŞ prezidenti Co Bayden CNN kanalına müsahibəsində deyib ki, Ukraynanın NATO-ya üzvlüyü hələ tezdir, çünki Rusiya ilə müharibə aparır, ABŞ və onun NATO müttəfiqləri Zelenskiyə yardım göstərməyə davam edəcəklər.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
“Mən düşünmürəm ki, NATO Ukraynanı indi, müharibənin qızğın vaxtında NATO ailəsinə qəbul etməyə razılaşsın. Əgər müharibə gedirsə, deməli hamımız müharibə vəziyyətindəyik. Bunu etsək, yəni Ukraynanı NATO-ya qəbul etsək Rusiyaya qarşı müharibə vəziyyətində olacağıq”- deyə Bayden bildirib.
Yeganə





