Dünən prezident Ərdoğanla Vahdettin Köşkündə görüşən Zelenski bu gün səhər Fənər Rum Patriarxlığında keçirilən anım mərasiminə qatılıb və Patriarx Varfolomey ilə görüşüb, daha sonra Atatürk Hava Limanına yola düşüb.
Elchi.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.
Aralarında sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və həmçinin Baykar baş direktoru Haluk Bayraktarın da olduğu nümayəndə heyəti tərəfindən yola salınan Zelenski təyyarə ilə İstanbuldan ayrılıb.





