Şabran rayonunda ağır yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində “Mersedes-Vito” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü İsbat Sadiq oğlu Səlimov, 1979-cu il təvvəlüdlü Məhərrəm Tofiq oğlu Həsənov və 1966-cı il təvəllüdlü İlham Dağbəy oğlu Əliyev ölüb.
Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir.
Qəza zamanı daha iki nəfər – 1999-cu il təvəllüdlü Əli Sərvan oğlu Səfərov və 1980-ci il təvəllüdlü Kamil Davud oğlu Talışınski müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.





