Diplomat bildirib ki, ölkə və alyans üçün bir sıra mühüm qərarlar artıq razılaşdırılıb.
Elchi.az xəbər verir ki, Vilnüsdə Şimali Atlantika Alyansının sammitindən sonra Ukraynanın NATO-ya gedən yolu mütləq qısalacaq, – respublikanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Zirvə toplantısının nəticələrindən sonra müttəfiqliyə gedən yolumuz mütləq qısalacaq. Bu, çox mühüm nəticədir, bizə bunun baş verməyəcəyi deyilmişdi, lakin biz bunu ən yaxın tərəfdaşlarımızla birlikdə etdik”, – diplomat Threads* sosial şəbəkəsində yazıb.
Ukrayna XİN rəhbərinin sözlərinə görə, ölkə və NATO üçün bir neçə mühüm qərar artıq razılaşdırılıb. Eyni zamanda o qeyd edib ki, Ukraynanın alyansa dəvət olunması məsələsində aydınlıq yoxdur.
Şayəstə Hüseynova






