"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədovun oteli Norveç voleybolçularını girov saxladı

24 Yanvar 2015 - 20:03
in GÜNDƏM

otel-ziyaNorveç mətbuatı yerli “Stod” qadın voleybol klubunun Bakıda başına gələnlərdən yazaraq komandanın “Anatolia” otelində az qala girov kimi saxlanmasını təsvir edir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

İddia olunur ki, 1/4 finalda Bakının “Azərreyl” (“Azerrail”) komandası ilə görüşə gələn Norveç klubundan oteldə ikiqat pul tələb olunub.

“Stod” nümayəndəsi pulu ödəməkdən imtina edəndə otel əməkdaşları qapıları bağlayaraq polis çağırıblar.

Bildirlir ki, insident norveçlilərin təyyarəsinin Bakıdan uçmasına bir neçə saat qalmış baş verib. Norveç səfirliyinin də müdaxilə etdiyi məsələ otelin tələb etdiyi pullar ödənəndən sonra həllini tapıb.

“Stod” klubunun meneceri Svayn Mihr “Azadlıq” radiosu ilə söhbətində baş verənləri təsdiq edərək bildirib ki, “Anatolia” otelini onlara tərəf-müqabilləri olan “Azərreyl” komandasının rəhbərliyi məsləhət bilmişdi. Onlar da internet vasitəsilə orada komandaya iki günlük yer sifariş edərək pulunu da əvvəlcədən ödəmişdilər. Sonradan otelin özündən daha sərfəli təklif alaraq qəbul ediblər.

S.Mihr deyir ki, Bakıya gələndə də yeni sifarişin qiymətinə uyğun, əvvəlcədən internetdə ödədikləri pulun da daxil olması ilə otellə hesablaşıblar: “Təyyarənin uçmasına xeyli vaxt var idi. Bakıya ekskursiyaya çıxmışdıq. Otelə qayıdıb əşyalarımızı götürmək istəyəndə məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Bizdən əlavə pul tələb edirlər”.

S.Mihrin sözlərinə görə, otel rəhbərliyini inandırmağa çalışıb ki, hesab artıq ödənilib, ödəmənin qəbzini göstərib və tələb olunan pulu verməkdən imtina edib: “Bundan sonra otel rəhbərliyi otelin giriş qapısını da bağlayaraq polis çağırıb. Mübahisə uzandıqca təyyarənin uçuş vaxtı yaxınlaşırdı. Norveç səfirliyinin nümayəndəsi polisin işə qarışdığını biləndə məsləhət gördü ki, pulu ödəyək”.

Norveçlilər iddia edirlər ki, baş verənrlər “Stod”un “Azərreyl” üzərində qələbəsindən hirslənən Azərbaycan tərəfinin intiqamıdır.

Xatırladırıq ki, Avropa voleybol klubları arasındakı “Çellen kuboku” uğrunda yarışmada Azərbaycanın “Azərreyl” komandası 1/8 finalda Bakıdakı cavab görüşünü udsa da Norveçdə “Stod”a məğlub olmuşdu. Ona görə də əlavə oyun (set) təyin olunmuş, çox gərgin keçən set 18:16 hesabı ilə norveçlilərin qələbəsi ilə başa çatmışdı.

Svayn Mihr və komandası

“Mənə dedilər ki, belə hallar əvvəllər də olub. Azərbaycanlılar uduzmağı sevmirlər” – deyə S.Mihr bildirir və öz arqumentinə qüvvət vermək üçün deyir ki, “Anatolia” otelinin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

“Anatolia” otelinin nümayəndəsi “Azadliq” radiosuna açıqlamasında bu faktı təkzib edib. Deyib ki, S.Mihrin iddiaları tamamilə əsassızdır, otelin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov deyil, başqa adamdır.

Baş vermiş hadisəni təsvir edən “Anatolia”nın nümayəndəsi deyir ki, bütün günahlar “Stod” rəhbərliyinin özündədir və  insidentin bir gün əvvəlki “Azərreyl”-“Stod” görüşünə heç bir dəxli yoxdur: “Onlar həm internet vasitəsilə, həm də birbaşa “Anatolia”nın özündə iki müxtəlif sifariş ediblər. Sonuncu sifarişə yeməyin də qiyməti daxil olub”.

“Anatolia” nümayəndəsi izah edib ki, internet vasitəsilə edilən sifarişə görə otel 8 otağı boş saxlamaqla maddi itkilər keçirib.

Otelin nümayəndəsinin sözlərinə görə, norveçlilər otel əməkdaşları ilə çox kobud rəftar edirdilər.

“Anatolia” oteli

“Hətta “Stod” komandasından bir kişi bizim qadın əməkdaşımızı əli ilə itələməyə qədər həddini aşdı. Pulu ödəyib oteli tərk edəndən sonra isə voleybolçu qızlardan biri geri qayıdıb tualetə getmək istədiyini dedi. Çıxıb gedənə baxdıq ki, lobbidəki tualetdə hər şeyi dağıdıb” – deyə “Anatolia”nın xanım əməkdaşı bildirib.

Hər iki tərəf insidentin şişirdilməsini düzgün saymır.

“Ümumiyyətlə, Azərbaycanda bizi çox yaxşı qarşılamışdılar. Bakı da çox xoşumuza gəldi. Baş verənləri bütün Azərbaycanın ayağına yazmaq istəməzdim” – deyən “Stod” meneceri Svayn Mihr istisna etmir ki, hadisə haqda Beynəlxalq Voleybol Federasiyasına şikayət edəcəklər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci yeri tutdu

Next Post

Balaca döşlü qadınlar pornoya çəkilə bilməz

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Balaca döşlü qadınlar pornoya çəkilə bilməz

Putin Almaniyaya 6 milyard avro ziyan vurub

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.