Qərbi Şimane əyalətində güclü yağışlardan sonra 370 min insan təxliyəyə çağırılıb.
Ştatın İzumo şəhərində yağış səbəbindən müxtəlif nöqtələrdə ümumilikdə 15 torpaq sürüşməsi baş verib. Şəhər üzrə 20 rayon çay daşqınlarından mənfi təsirlənib.
Elchi.az xəbər verir ki, yerli bələdiyyənin açıqlamasına görə, İzumo şəhərinin 4 rayonu daşqınlar nəticəsində magistral yollara çıxışın itirilməsi səbəbindən mərkəzlə əlaqəni kəsib.
Yaponiya Meteorologiya Agentliyi ölkənin Şimane əyalətində yerli leysanların güclənməsindən sonra ictimai müraciətlərini yeniləyib.
Şimane əyalətində 370 min insanın təxliyəsi tələb olunub. Qurum sürüşmə və daşqınların davam edə biləcəyi ilə bağlı xəbərdarlıqlarını davam etdirib.
Ölkənin Kyuşu bölgəsinin müxtəlif şəhərlərində həftənin əvvəlində yağan güclü yağışlar nəticəsində 360 nəfərin təxliyəsi tələb olunub.
Şərqi Asiya ölkəsi Yaponiyada “gavalı yağışları” kimi tanınan “tsuyu” yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.
Nuranə Məmmədova




