Krımın Kirov rayonunda iyulun 9-u bazar günü axşam saatlarında iki pilotsuz təyyarə vurulub.
Elchi.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Onun sözlərinə görə, pilotsuz təyyarələr yarımadanın şərqində məhv edilib. Pilotsuz təyyarələrin qalıqlarını əməliyyat xidmətləri axtarır, baş verənlərin təfərrüatları dəqiqləşdirilir.
İlkin məlumata görə, xəsarət alan olmayıb, ekspertlər yerdə hər hansı dağıntı qeydə almayıb.
Nuranə Məmmədova




