"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsa Sadıqovdan ermənlərə şok müraciət…

24 Yanvar 2015 - 23:39
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Qonşu olduğumuz halda, bizim vasitəçi olmadan ümumi dil tapmağımız bu qədərmi çətindir?”
“Biz üç Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan daha yaxşı yaşamaq imkanına malikik və bunu781 etməliyik”
Birinci Qarabaş Savaşının qəhrəmanlarından olan müdafiə nazirinin hazırda mühacirətdə olan sabiq müavini İsa Sadıqov Rusiyanın Gümridəki hərbi bazasının əsgərinin törətdiyi amansız qətldən sonra Ermənistandakı situasiyadan çıxış edərək erməni xalqına Moderator.az vasitəsi ilə olduqca diqqətçəkən müraciətdə bulunaraq Rusiyanın məkrli siyasətinə boyun əyməyin təkcə onlara deyil, hər üç Cənubi Qafqaz ölkəsinə fəlakətlər və məhrumiyyətlər gətirəcəyini xatırladıb:
“Prinsipcə mövcud şərhləri qəbul edirəm. Lakin çöx istərdim bildirim, erməni tərəfi anlamalıdır ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsi dinc əhalinin təhlükəsizliyini şübhə altına alır və baş vermiş hadisənin bir daha təkrarlanmayacağına, regionda münaqişələrin olmayacağına dair qarant verilməyəcək. Artıq 100 ildir ki, bu cür konfliktlər və qarşıdurmalar baş verməkdədir. Bu qarşıdurma və münaqişələrdə isə nəinki ermənilər, hətta bütün region əziyyət çəkir. Bu kimə sərf edir? Ermənilər Rusiyanın köməyi ilə bizim torpaqlarımızı işğal etməklə nə əldə etdi? Məgər yaxşı yaşadılar? Onların uşaqları daha ölmədilər? Yox, əlbəttə, bütün bunların baiskarları sadəcə tək ermənilərin deyil, bütün Qafqazda yaşayanların vəziyyətini pisləşdirməyə müvəffəq oldu. Biz qonşu ölkələrik və qonşu olaraq da qalacağıq. Çünki nə ermənilər, nə də biz başqa yerə köçüb getmək niyyətində deyilik. Bu gün faktlar göz qabağındadırsa, bütün ağrılar, müharibələr, münaqişələrin Rusiyanın marağında olduğunu biliriksə, nə üçün onların hərbi bazasının Qafqazda yerləşməsinə etiraz etməməliyik? Nə qədər insan həlak olub və belə getsə, nə qədər insan həyatını itirə bilər? Yəni qonşu olduğumuz halda, biz vasitəçi olmadan ümumi dil tapmağımız bu qədərmi çətindir?
Biz axı Qafqazlıyıq. Bizim ümumi cəhətimiz, Rusiya kimi qaniçən, məkrli, qəddar və tamahkar bir dövlətlə müqayisədə daha çoxdur. Axı biz yaşamağı öyrənməliyik və gələcək nəsil üçün də nəyisə qoyub getməliyik. Əks halda, biz Rusiyanı sevindirmək üçün bir-birimizi didməliyik. Siz ermənilər anlamalısınız ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və siz ona görə də Azərbaycan torpaqlarını işğal altında uzun müddət saxlaya bilməyəcəksiniz. Bu isə nəticə etibarilə qan tökülməsinə və növbəti müharibəyə gətirib çıxaracaq. Biz müharibədən qorxmuruq, sadəcə müharibəni arzulamırıq. Amma torpaqlarımızı geri qaytarmayıncaya qədər, müharibədən imtina da etməyəcəyik. İstəyirik ki, siz, nəhayət ki, bunu anlayasınız və dərk edəsiniz. Özünüzdəki səhvi görüb, onu qəbul edəsiniz. Masa arxasına oturub, danışıqlar apararaq, nəhayət ki, heç kəs tərəfindən həll olunmayan bu məsələni həll edəsiniz. Mən keçmiş hərbçi kimi əminliklə deyə bilərəm ki, hər bir məsələnin həlli mövcuddur. Lakin bunun üçün həmin şəxsdə iradə və istək olmalıdır. Qarabağ Azərbaycanın tərkibində həmişə olduğu kimi olarsa, tez bir zamanda çiçəklənən və stabil olacaq, sakinlər isə milli mənsubiyyətindən asılı olmayaraq yaşayacaq, işləyəcək və yeni nəsli yetişdirməklə məşqul olacaqdır. Bu isə ermənilər və ümumilikdə bütün Ermənistanın xeyrinə olacaq. Biz üç Qafqaz ölkəsi-Azərbaycan, Ermənistan və Gürcüstan daha yaxşı yaşamaq imkanına malikik və biz bunu etməliyik. Bizim regionda nəyimiz yoxdur axı? Hər şey var, sadəcə istəkdən və sülhdən başqa. Çünki regiondakı sülhdən və çiçəklənmədən Rusiya qorxur. Bu gün çox sayda erməni və azərbaycanlı Avropada, Amerikada  yaşayır. Olmazmı biz regionda da onların orada yaşadıqları kimi yaşayaq? Yəni bizim xalqlarımız o cür həyat tərzini yaşamağa layiq deyillər? Nə qədər insan təlafatı olacaq? Nə qədər bir-birimizi öldürəcəyik? Müharibə nə qədər davam edəcək? Cavab birdir. Rusiya nə qədər ki, regionda təsirə malikdir və Ermənistan ərazisində hərbi bazaya malik olduğu sürədə bu mövcud vəziyyətin qarşısını almaq mümkün olmayacaq. Mən əminəm ki, ermənistanda vəziyyəti, həqiqətən də, real qiymətləndirən və dərk edən insanlar var. Həmin insanlar regionda baş verənlərn fərqindədirlər və regiondakı müharibə və konfliktlərin müəllifinin kim olduğunu yaxşı  bilirlər.   Ona görə də, gəlin birlikdə bütün münaqişələrə son qoyaq. Bizim qafqaz adət-ənənələrimiz bunu etməyə bizə icazə verir. Biz qonşu olmuşuq və qonşu olaraq hələ uzun müddət bir yerdə yaşayacağıq. Amma bizim qonşuluğumuz qafqaz adət-ənələrinə uyğun olmalıdır. Biz mütləq sürətdə Avropa ünsiyyət formasına yiyələnməliyik. O zaman bütün problemlərin həlli yollarını tapa biləcəyik. Axı ərazi iddiaları, qarşıdurmalar Avropa ölkələri arasında da var. Amma onlar bir-biriləri ilə müharibə dilində danışmır və həmin problemləri sülh yolu ilə həll etməyə çalışırlar. Biz hər şeyin başladığı nöqtəyə qayıdarsaq, sülh də olacaq. Ən əsası isə, biz bunu vasitəçisiz etməliyik. Biz ümumi dil tapacağıq, çünki biz qonşuyuq.”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

HƏYATDA ƏN ŞİRİN ŞEY SAQQIZDIR

Next Post

İnsanı heyrətə gətirən rəsmlər – Özəl

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

İnsanı heyrətə gətirən rəsmlər - Özəl

Yaponiya hökuməti girov yaponu azad etmək üçün danışıqlara aparır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.