Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, Ukrayna ABŞ-ı yazılı şəkildə təmin edib ki, Rusiya ərazisində və əhalinin məskunlaşdığı ərazilərdə kasset bombalarından istifadə etməyəcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Bu açıqlama bəzi demokrat qanunvericilərin prezident Co Bayden administrasiyasının Kiyevi kaset sursatları ilə təmin etmək qərarı ilə bağlı ifadə etdikləri narahatlıq fonunda verilib. Bazar günü demokrat senator Tim Kayne və konqresmen Barbara Li qərara şübhələrini ifadə edərək, bunun digər ölkələri döyüş sursatını qadağan edən beynəlxalq konvensiyadan yan keçməyə təşviq edə biləcəyini bildiriblər.
Xatırladaq ki, cümə günü ABŞ 800 milyon dollarlıq yeni təhlükəsizlik paketi çərçivəsində Kiyevə kaset sursatları tədarük edəcəyini açıqlamışdı. Kaset sursatları 100-dən çox ölkədə qadağan edilib. ABŞ, Ukrayna və Rusiya bu silahların istehsalını, yığılmasını, istifadəsini və ötürülməsini qadağan edən kasetli sursatlar haqqında konvensiyanı imzalamayıb.
Yeganə





