Ukrayna Baş Qərargah rəisinin sözçüsü Andriy Kovalyov bildirib ki, iyunun əvvəlində hücum başlayandan Melitopol və Berdyanskın cənub istiqamətlərində ümumilikdə 169 kvadrat kilometr ərazi azad edilib.
Elchi.az xəbər verir ki, Kovalyov Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun cənub və şərqdəki uğurlarını dəyərləndirib.
Ukrayna qoşunlarının son bir həftədə Melitopol və Berdyanskın cənub istiqamətlərində həyata keçirdiyi hücum nəticəsində 1 kilometrdən çox irəliləyiş əldə etdiyini bildirən Kovalyov, hücumun başlanmasından bu yana bu istiqamətlərdə əldə olunan ümumi irəliləyişin 8 olduğunu bildirib.
Son bir həftədə cənubda 10 kvadrat kilometrdən çox ərazinin azad edildiyini qeyd edən Kovalyov, “Melitopol və Berdyansk istiqamətlərində həyata keçirilən hücumdan sonra Ukrayna Müdafiə Qüvvələri 169 kvadrat kilometr ərazini Rusiyadan azad edib.” ifadəsini işlətdi.
Ukrayna ordusunun Bəhmutun şərq istiqamətində 4 kvadrat kilometr ərazini xilas etdiyini vurğulayan Kovalyov, “Bəhmut istiqamətində azad edilən ümumi ərazinin 24 kvadrat kilometrdir” deyib.
Ukrayna ordusunun çatılan xətlərdə mövqelərini gücləndirdiyini və Rusiya hədəflərinə artilleriya atəşi açdığını bildirən Kovalyov rus qoşunlarının müqavimət göstərdiyini və ehtiyatlarından fəal istifadə etdiyini, şiddətli toqquşmaların davam etdiyini qeyd edib.
Şayəstə Hüseynova





