Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ lideri Co Bayden müharibəni beş dəqiqəyə bitirə bilər.
Elchi.az BBC.com-a istinadən bildirir ki, Zelenski bu barədə “ABC News” telekanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə müharibə 24 saat ərzində bitəcək sözlərini şərh edərkən bildirib.
“Müharibəni dayandırmaq istəmək gözəldir. Amma bu arzu real təcrübəyə əsaslanmalıdır. Əgər biz müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə müharibəni bitirə bilərdi. Amma biz razılaşmazdıq”, – deyə Ukrayna prezidenti əlavə edib.
Yeganə





