Yaponiya hökuməti İŞİD silahlıları tərəfindən girov götürülmüş yaponlardan birini İordaniyada həbs edilmiş terrorçu qadınla
dəyişdirilməsi imkanını istisna etmir. Bu barədə Yaponiyanın baş naziri Sindzi Abe jurnalistlərə bəyan edib.
dəyişdirilməsi imkanını istisna etmir. Bu barədə Yaponiyanın baş naziri Sindzi Abe jurnalistlərə bəyan edib.Musavat.com xarici mediaya istinadla xəbər verir ki, cənab Abe deyib: “Bizim üçün birinci dərəcəli məsələ insan həyatıdır və biz bu məsələylə bağlı İordaniya ilə sıx əməkdaşlıq edirik”.
Baş nazir bildirib ki, digər girovun artıq öldürülmüş olmasını inkar etmək üçün əsaslar yoxdur və böyük ehtimalla terrorçuların yaydığı video saxtadır.
Yanvarın 24-dən 25-nə keçən gecə terrorçular hələ sağ olan girov Kenzi Qotonun videosunu yayıblar. Həmin videogörüntüdə Kenzi Qoto əlində öldürülmüş həmkarının fotosunu tutub və Yaponiya hökumətini ittiham edir, eləcə də onun həyatıyla bağlı eyni səhvə yol verilməməsini tələb edir.



