Mühacirlərin ümid səyahəti bir daha kəsildi.
Elchi.az xəbər verir ki, İtaliyaya gedən immiqrantları daşıyan qayıq Tunis sahillərində batıb, ilkin məlumata görə, bir nəfər ölüb. İtkin düşənlərin axtarışına başlanılıb.
İtaliyaya gedən immiqrantları daşıyan qayıq Tunis sahillərində batıb.
Səlahiyyətlilər gəminin Tunisin Zarsis şəhərindən İtaliyaya getmək üçün yola düşdüyünü, lakin naməlum səbəbdən batıb.
Qayıqda olan 11 immiqrant xilas edilərkən, 1 nəfərin cansız cəsədi tapılıb.
Bununla belə, 10 nəfərin itkin düşdüyü bildirilir.
Qruplar axtarış-xilasetmə işlərini davam etdirərkən, qayığın batmasının səbəbi araşdırılır.
Şayəstə Hüseynova





