ABŞ-ın Nyu-York ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində bir nəfər ölüb, itkin düşənlərin axtarışları davam edir.
Elchi.az The New York Times-a istinadən xəbər verir ki, Milli Meteoroloji Xidmət Hudson Vadisinin bəzi hissələrində hər kvadratmetrə 130-200 kiloqram yağıntı qeydə alıb.
Səlahiyyətlilər, yağışların yaratdığı sel səbəbiylə əyalətdə bəzi küçələrin su altında qaldığını, yolda qalan avtomobillər üçün xilasetmə işlərinin aparıldığını, ilk təsbitlərə görə 30 yaşlarında bir qadının həyatını itirdiyini açıqlayıb.
Qubernator Keti Hochul itkin düşənlərin axtarışlarının davam etdiyini açıqlayıb.
Yağışlar həmçinin Orinc Kaunti ərazisindəki “Vest Point” hərbi akademiyasını da su basıb.
Qubernator Hochul, daşqının ən təsirli olduğu Orange County bölgəsindəki Orange və Ontario əyalətlərində fövqəladə vəziyyətin elan edildiyini açıqladı.
Şayəstə Hüseynova





