Çin Prezidenti Si Cinpin Rusiya ilə hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün əməkdaşlığı davam etdirəcəyinə söz verib. Elchi.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə Çin lideri Pekində Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib.
“Çin yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı inkişaf etdirmək və firavan, sabit və ədalətli dünyanın qurulmasına kömək etmək üçün Rusiya ilə işləməyə davam etməyə hazırdır”, – deyə siyasətçi bildirib.
O vurğulayıb ki, qanunvericilik sahəsində əməkdaşlıq Çin-Rusiya münasibətlərinin mühüm tərkib hissəsidir.
Havar Şəfiyeva






