"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uşaqları smartfonlardan necə uzaq tutmaq olar? – Psixoloq açıqladı

10 İyul 2023 - 19:23
in ÖNƏMLİ, SAĞLAMLIQ

“Ailə quran bir çox cütlüyün ilk arzusu uşaq sahibi olmaqdır. Bəs bu cütlüklər həm mental həm də fiziki cəhətdən uşaq sahibi olmağa hazırdırlarmı? Bir çox hallarda cavab “yox”dur. Əsasən də yük anaların üstünə düşür ( bu da Azərbaycan mentalitetindən gələn ənənə ilə bağlıdı), bu yükə nə mənəvi nə də fiziki hazır olmayan anaların – sosial həyatı, yuxu, qidalanma və iş rejimi tamamilə sıradan çıxır. Hələ hamiləlik sonrası qadınlarda baş qaldıran hormonal pozuntu və hamiləlik sonrası depressiyadan söz belə açmıram”. Bu fikirləri Elchi.az-a açıqlamasında psixoloq Sona Səlimli deyib.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycan səhiyyəsi ilə bağlı YENİLİK

Onun sözlərinə görə bununla da analar uşağı ələ almaq və asudə vaxt qazanmaq üçün ən rahat vasitə olan elektron cihazlardan ( telefon, planşet, kompüter) istifadə edirlər: “Beləliklə də uşaqlarda hələ körpəlikdən elektron cihaz asılılığı yaranır, uşaq anlayır ki, ağlasa hay-küy salsa əlinə bu cihazlar veriləcək.
Bəs, yaxşı, problemin kökü budursa məsələni necə həll etməli? Bu məsələnin sistematik və mərhələli həll yolu var. İlk öncə onu qeyd edim ki, ümumiyyətlə uşağın təlim və tərbiyəsində hər iki valideynin də rolu əvəzsizdi. Valideyn deyəndə ağıla həm ana həm də ata gəlirsə, deməli uşağın tərbiyəsində də ana və ata obrazı aktiv iştirak etməlidir. Bir şeyi də vurğulamaq vacibdir ki, uşaq sakit olsun deyə ona telefon verən analara “pis ana” damğası vurula bilməz, kim deyə bilər ki, “gecə 10 dəfə yuxudan oyadılsam və sonrakı gündə də məni bir çox işin gözlədiyini bilsəm, əsəblərim pozulmaz və günə necə varamsa elə də davam edərəm”. Buna görə də empati duyğusu vacibdir”.

Psixoloq həmçinin qeyd edir ki, ilk öncə uşaq sahibi olmazdan öncə hər iki valideyn uşaq sahibi olmaqla bağlı təlimlərə, qrup terapiyalarına getməlidir: “Uşaq baxımı ata və ana arasında bölünməli, uşaqların da iştirak edə biləcəyi sosial tədbirlərdə iştirak edilməli, hiperaktiv uşaqlar hansısa hobbiyə (idman, incəsənət, rollu oyunlar və s.) yönəldilməlidi. Əgər valideyn evdə olduğu müddətdə, heç bir kitab oxumur, bütün gününü telefonda keçirirsə onda uşaqdan telefondan az istifadə etməsini tələb etməsi mənasızdı. Getdiyiniz həkimin siqaret çəkib, sizə siqaretin zərərlərindən danışması qədər gülünc və absurddur. Amma ümumi olaraq, müasir dövrdə uşaqların elektron cihazlardan uzaq tutulması qeyri-mümkündür. Karantin dövründə təhsilin distant rejimə keçməsi, telefonu olmayan uşaqların belə telefon sahibi olması ilə nəticələndi. Yəni dövrə ayaq uydurmaq, amma bu baş verərkən də balansı qorumaq vacibdir. Dörd divar arasında ürəyi sıxılan, əyləncəni telefonda keçirən uşağa acıqlanmaq əvəzinə asudə vaxtı bölüşmək və düzgün yönləndirmək daha faydalıdır”.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Priqojini niyə qəbul etdi?

Next Post

Bu nazirliyin səlahiyyətləri artırıldı

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Azərbaycan səhiyyəsi ilə bağlı YENİLİK

Azərbaycan səhiyyəsi ilə bağlı YENİLİK

24 Aprel 2024 - 12:42

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib....

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

Next Post
Bu nazirliyin səlahiyyətləri artırıldı

Bu nazirliyin səlahiyyətləri artırıldı

Azad edilmiş ərazilərdə nə qədər mina tapılıb?

Azad edilmiş ərazilərdə nə qədər mina tapılıb?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.