Axar.az xəbər verir ki, Almaniya şirkətlərinin Bəşər Əsədə yardım etmələri barədə sənədlər də var. “Şpiqel” (Spiegel) jurnalı Suriya prezidenti Bəşər Əsəd və atası Hafiz Əsədə 30 il boyunca dünyanın ən böyük kimyəvi mərmilərini istehsal etmələri üçün alman şirkətləri tərəfindən yardım edildiyini yazıb.
Suriyaya yardım edən Almaniya şirkətlərinin siyahısı 16 aydır Almaniya Baş naziri Angela Merkel və Baş nazir müavini Siqmar Qabrielin masasında olduğu da iddialar arasındadır.
Bu siyahının Almaniya hökumətinə 2013-cü ildə Nobel sülh mükafatına layiq görülən və ötən il BMT ekspertlərinin Suriyadakı kimyəvi silahları məhv etməsində yardım göstərən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən verildiyi qeyd olunub.
Siyahının Almaniya hökuməti tərəfindən “gizli” olaraq dəyərləndirildiyi və bu adların açıqlanmasının isə ölkənin xarici siyasətinə zərər verəcəyi bildirilir.




