Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – deyə qeyd olunub.
Zəlzələ ocağı yerin 9 kilometr dərinliyində qeydə alınıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




