"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə Aİ-na qəbul ediləcək?

11 İyul 2023 - 13:05
in MANŞET

NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına gedən yolu açmağa çağırıb.
“50 ildir bizi Aİ yolunda saxlayan ölkələrə müraciət etmək istəyirəm. Türkiyənin Avropa İttifaqına yolunu açın. Biz də İsveçin NATO-ya yolunu açacağıq. İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözləyirik. Şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Ulf Kristersson ilə görüşəcəyəm. Onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir”, deyə Türkiyə Prezidenti bildirib.
Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb.
Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, Finlandiya aprelin 4-də alyansa üzv seçilib.
Türkiyəli qanunvericilər Stokholmdan Terrorla Mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarına əməl etməyi tələb edərək İsveçin alyansa daxil olması ilə bağlı protokolunu isə hələ ki, təsdiqləməyiblər.
Görünən odur ki, Vilnüs sammitində İsveçin üzvlüyü məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. Lakin Türkiyənin İsveçlə bağlı tələbi də diqqətdən kənarda qalmayacaq.
Ankaranın tələbində israrlı olduğu xüsusi vurğulanır. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir.
Ağ Evin Milli Təhlükəsizlik Şurası bildirib: “ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib”,
Rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəklədiyini bildirsə də topu Aİ üzərinə atır. Xüsusi ilə “Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir” ifadəsi bunu deməyə əsas verir.
Vilnüs görüşü öncəsi Bayden və Ərdoğan arasında baş tutan telefon danışığında da daha çox İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.
Əslində Vaşinqtonun bu mövqeyi anlaşılandır. ABŞ Aİ üzvlərinin Türkiyəni ittifaqa qəbul etməyəcəyini bilir. Təbii olaraq Türkiyə və Aİ arasında qalmaq istəmir. Buna görə də bu məsələni özlərinin həll etməsini istəyir.
Rəsmi Ankaranın indiki məqamda Aİ-yə qəbul edilməsi real deyil. Bunun birdən çox səbəbi var. Lakin iki səbəb xüsusilə vacibdir.
Birincisi, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq. Onsuz da kifayət qədər problem yaşayan ittifaq ölkələrinin türk vətəndaşlarını qəbul etməsi qurum üçün özlüyündə yeni problemlər aça bilər.
İkincisi, son statistik göstəricilərə görə hazırda Türkiyədə 3 milyon 600 min miqrant məskunlaşıb. Suriyada vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə üz tutan suryalılar başda olmaqla Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s. ölkələrdən insanlar bu gün Türkiyəyə üz tutur. Ankaranın Avropa İttifaqına üzv olması halında bu miqrantlar ittifaq ölkələrinə sərbəst şəkildə keçid edə biləcək. İttifaq isə bunu gözə ala bilməz.
Mümkündür ki, Vilnüs görüşü sonrası İsveçin NATO-ya üzvlüyü reallaşsın. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyü indiki şərtlərdə o qədər real görünmür.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Müəllif: Politoloq Turan Rzayev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Aclıq kultu” istintaqında cəsədlərin sayı 351-ə yüksəlib

Next Post

Elşad Hacıyevə yeni vəzifə verildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Elşad Hacıyevə yeni vəzifə verildi

Elşad Hacıyevə yeni vəzifə verildi

Nepalda göyərtəsində 6 nəfərin olduğu helikopter radarlardan itib

Nepalda göyərtəsində 6 nəfərin olduğu helikopter radarlardan itib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.