"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədovun oteli voleybolçuları girov saxladı

25 Yanvar 2015 - 21:08
in XƏBƏR LENTİ
img1731394Norveç mətbuatı yerli “Stod” qadın voleybol klubunun Bakıda başına gələnlərdən yazaraq komandanın “Anatolia” otelində az qala girov kimi saxlanmasını təsvir edir.
Musavat.com-un virtualaz.org-a istinadən verdiyi məlumata görə, iddia olunur ki, 1/4 finalda Bakının “Azərreyl” (“Azerrail”) komandası ilə görüşə gələn Norveç klubundan oteldə ikiqat pul tələb olunub.
“Stod” nümayəndəsi pulu ödəməkdən imtina edəndə otel əməkdaşları qapıları bağlayaraq polis çağırıblar.
Bildirlir ki, insident norveçlilərin təyyarəsinin Bakıdan uçmasına bir neçə saat qalmış baş verib. Norveç səfirliyinin də müdaxilə etdiyi məsələ otelin tələb etdiyi pullar ödənəndən sonra həllini tapıb.
“Stod” klubunun meneceri Svayn Mihr “Azadlıq” radiosu ilə söhbətində baş verənləri təsdiq edərək bildirib ki, “Anatolia” otelini onlara tərəf-müqabilləri olan “Azərreyl” komandasının rəhbərliyi məsləhət bilmişdi. Onlar da internet vasitəsilə orada komandaya iki günlük yer sifariş edərək pulunu da əvvəlcədən ödəmişdilər. Sonradan otelin özündən daha sərfəli təklif alaraq qəbul ediblər.
S.Mihr deyir ki, Bakıya gələndə də yeni sifarişin qiymətinə uyğun, əvvəlcədən internetdə ödədikləri pulun da daxil olması ilə otellə hesablaşıblar: “Təyyarənin uçmasına xeyli vaxt var idi. Bakıya ekskursiyaya çıxmışdıq. Otelə qayıdıb əşyalarımızı götürmək istəyəndə məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Bizdən əlavə pul tələb edirlər”.
S.Mihrin sözlərinə görə, otel rəhbərliyini inandırmağa çalışıb ki, hesab artıq ödənilib, ödəmənin qəbzini göstərib və tələb olunan pulu verməkdən imtina edib: “Bundan sonra otel rəhbərliyi otelin giriş qapısını da bağlayaraq polis çağırıb. Mübahisə uzandıqca təyyarənin uçuş vaxtı yaxınlaşırdı. Norveç səfirliyinin nümayəndəsi polisin işə qarışdığını biləndə məsləhət gördü ki, pulu ödəyək”.
Norveçlilər iddia edirlər ki, baş verənrlər “Stod”un “Azərreyl” üzərində qələbəsindən hirslənən Azərbaycan tərəfinin intiqamıdır.
Xatırladırıq ki, Avropa voleybol klubları arasındakı “Çellen kuboku” uğrunda yarışmada Azərbaycanın “Azərreyl” komandası 1/8 finalda Bakıdakı cavab görüşünü udsa da Norveçdə “Stod”a məğlub olmuşdu. Ona görə də əlavə oyun (set) təyin olunmuş, çox gərgin keçən set 18:16 hesabı ilə norveçlilərin qələbəsi ilə başa çatmışdı.
“Mənə dedilər ki, belə hallar əvvəllər də olub. Azərbaycanlılar uduzmağı sevmirlər” – deyə S.Mihr bildirir və öz arqumentinə qüvvət vermək üçün deyir ki, “Anatolia” otelinin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidentidir.
“Anatolia” otelinin nümayəndəsi “Azadliq” radiosuna açıqlamasında bu faktı təkzib edib. Deyib ki, S.Mihrin iddiaları tamamilə əsassızdır, otelin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov deyil, başqa adamdır.
Baş vermiş hadisəni təsvir edən “Anatolia”nın nümayəndəsi deyir ki, bütün günahlar “Stod” rəhbərliyinin özündədir və  insidentin bir gün əvvəlki “Azərreyl”-“Stod” görüşünə heç bir dəxli yoxdur: “Onlar həm internet vasitəsilə, həm də birbaşa “Anatolia”nın özündə iki müxtəlif sifariş ediblər. Sonuncu sifarişə yeməyin də qiyməti daxil olub”.
“Anatolia” nümayəndəsi izah edib ki, internet vasitəsilə edilən sifarişə görə otel 8 otağı boş saxlamaqla maddi itkilər keçirib.
Otelin nümayəndəsinin sözlərinə görə, norveçlilər otel əməkdaşları ilə çox kobud rəftar edirdilər.
“Hətta “Stod” komandasından bir kişi bizim qadın əməkdaşımızı əli ilə itələməyə qədər həddini aşdı. Pulu ödəyib oteli tərk edəndən sonra isə voleybolçu qızlardan biri geri qayıdıb tualetə getmək istədiyini dedi. Çıxıb gedənə baxdıq ki, lobbidəki tualetdə hər şeyi dağıdıb” – deyə “Anatolia”nın xanım əməkdaşı bildirib.
Hər iki tərəf insidentin şişirdilməsini düzgün saymır.
“Ümumiyyətlə, Azərbaycanda bizi çox yaxşı qarşılamışdılar. Bakı da çox xoşumuza gəldi. Baş verənləri bütün Azərbaycanın ayağına yazmaq istəməzdim” – deyən “Stod” meneceri Svayn Mihr istisna etmir ki, hadisə haqda Beynəlxalq Voleybol Federasiyasına şikayət edəcəklər.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qadınların parlamentdə davası – VİDEO

Next Post

Terrorçular 1 gündə 30 polisi öldürdü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Terrorçular 1 gündə 30 polisi öldürdü

Obama: “Rusiyaya təzyiqlərimizi gücləndirəcəyik...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.