Kuba ABŞ-ın nüvə enerjili sualtı qayığının Quantanamoya daxil olduğunu elan edərək, bu qərarı pisləyib.
Elchi.az xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ABŞ-ın nüvə sualtı qayığının körfəzdə olması pislənilib, “Biz bunu rədd edirik, bu, siyasi və strateji məqsədləri bilinməyən ABŞ-ın təxribatçı addımlarından biridir. Kubanın ərazisi 121 ildən artıqdır ki, qeyri-qanuni işğal altındadır”,-bəyanat daxil edilmişdir.
Bəyanatda ABŞ-ın bölgədə 70-dən çox hərbi baza qurduğu və bunun Latın Amerikası və Karib hövzəsi xalqlarının suverenliyinə və maraqlarına təhdid olduğu vurğulanıb.
ABŞ-ın son zamanlar Latın Amerikası və Karib hövzəsində hərbi varlığını artırdığına diqqət çəkilərək, Kubanın qeyri-qanuni işğal olunmuş ərazilərin geri qaytarılması tələbinin təkrarlandığı bildirilib.
Nuranə Məmmədova






