ABŞ dövlət katibi Blinken modernləşdirilmiş F-16 təyyarələrinin Türkiyəyə satışı ilə bağlı açıqlama verib. Blinken Türkiyənin F-16-ları modernləşdirməsinin ABŞ və NATO-nun maraqlarına uyğun olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Blinken, NATO Zirvəsi üçün olduğu Litvanın paytaxtı Vilnüsdə Amerikanın MSNBC televiziyasına verdiyi müsahibədə, F-16 təyyarələrinin Türkiyəyə təhvil verilməsi və bunun ABŞ Konqresinin təsdiqi ilə bağlı sualları cavablandırıb .
“Türkiyə bu təyyarələri ABŞ və NATO-nun xeyrinə alır. Bütün üzvlərin alyansı mümkün qədər güclü etmək üçün lazım olan texnologiyaya malik olmasını təmin etmək üçün alyans daxilində bunu edirik”, – ABŞ dövlət katibi bildirib.
Antoni Blinken, Konqresin hər iki qanadının Türkiyəyə F-16 təyyarələrinin satışı ilə bağlı etirazlarının necə aradan qaldırılacağı ilə bağlı suala belə cavab verdi: “Bizim üçün bunlar həmişə ayrı-ayrı məsələlər olub. İsveçin NATO-ya qəbulu prosesi Türkiyənin qəbulu ilə davam edir.Türkiyə F-16-ları modernləşdirən də bu administrasiyanın siyasətidir.
Türkiyənin NATO müttəfiqi olduğunu vurğulayan Blinken, “Bütün NATO üzvlərinin birlikdə işləməsi və Türkiyənin bu texnologiyaya sahib olması vacibdir”,-deyə əlavə edib.
Nuranə Məmmədova




