6 fevral zəlzələlərindən sonra Türkiyə-Yunanıstan əlaqələri müsbət bir atmosferdə irəliləyir. İki ölkə arasında artan ziyarətçi axını qarşılıqlı konstruktiv mesajlarla davam edir. Elchi.az xəbər verir ki, Yunanıstanın terror təşkilatı Lavrion düşərgəsini bağlaması Türkiyə üçün zeytun budağı olaraq qiymətləndirildi. Ərdoğan və Mitsotakis bu dəyişkən iqlimdə NATO sammitində görüşəcəklər.
Şərqi Aralıq dənizi, Kipr, Egey dənizi, immiqrantlar, terrorla mübarizə…
Türkiyə ilə Yunanıstan arasında çoxlu gərgin məsələlər var. Lakin 6 fevral zəlzələsindən sonra iki qonşu ölkə arasında ziyarətçi axını artıb. Fəlakət diplomatiyası münasibətlərdə yeni dövrə başladı.
Bu yaxınlarda həm Türkiyədə, həm də Yunanıstanda seçkilər başa çatıb. Hər iki ölkədə mövcud hökumətlər yenidən seçildi. Liderlər bir-birini təbrik etdilər.
Birgə Fəaliyyət Planının dördüncü mərhələsinin ünvanı Ankara olub. İclasda 25 mövzu üzrə əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verilib. Növbəti yüksək səviyyəli görüşdə razılaşmaları yekunlaşdıracaq çərçivənin yaradılması gözlənilir.
Şayəstə Hüseynova




