"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İçməli su emal edən 4 müəssisənin fəaliyyəti dayandırıldı

12 İyul 2023 - 11:08
in SOSİAL

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

AQTA-dan Elchi.az-a bildirilib ki, cari ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqlarının aparılması üçün Agentlik tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub. 4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl 1) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.

Ümumilikdə, Agentlik tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Belə ki, emal edilmiş suların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı, bəzi məhsullarda suların mənbəyinin göstərilmədiyi, bir çox hallarda isə mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həmçinin artezian suları qablaşdırıldığı halda, məhsulun üzərində həmin suların müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı, o cümlədən məhsulun etiketində dağların, bulaqların təsvirlərinin və müxtəlif coğrafi adların qeyd edildiyi müəyyən olunub. Bu da məhsulun üzərində qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, nəticədə qanunvericiliyə zidd olaraq istehlakçıların aldadılmasına səbəb olur. Həmçinin bəzi suların etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların qeyd olunduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.

AQTA qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qriqoryan ABŞ Müdafiə Nazirliyində görüş keçirdi

Next Post

Numan Qurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Numan Qurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi

Numan Qurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi

İran siyasəti: “Rusiyaya silah, Ukraynaya adyal”

İranda məşhur qəzetin redaktoruna cinayət işi açıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.