Cənubi Koreya prezidenti Yoon Suk Yeol Milli Təhlükəsizlik Şurasının (MTŞ) fövqəladə iclasında bəyan edib ki, Şimali Koreya ballistik raket sınağı keçirməsinin “bədəlini ödəyəcək”.
Elchi.az xəbər verir ki, Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınağı keçirməsindən sonra açıqlama verib.
Hazırda NATO-nun toplantısı üçün Litvanın paytaxtı Vilnüsdə olan Yoon raket sınağından sonra Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının (MTŞ) təcili iclasını keçirib.
Yoon Şimali Koreyanın atdığı raketin “qanunsuz” olduğunu və bunun “bədəlini” ödəyəcəyini bildirib.
Yoon Şimali Koreyanın nüvə fəaliyyətlərinə qarşı birgə hərəkət etmək üçün ABŞ və Cənubi Koreyanın yaradılması barədə razılığa gəldiyi Nüvə Məsləhət Qrupunun (NCG) gücləndirilməsi əmrini verib.
Şayəstə Hüseynova





