Hindistanın Madhya Pradesh əyalətindəki Kuno Milli Parkında Cənubi Afrikadan gətirilən çitalardan biri döyüş zamanı aldığı ağır xəsarətlər səbəbindən ölüb.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, park rəhbərliyi fevral ayında Cənubi Afrikadan Hindistana gətirilən 12 çitadan bəzilərinin ölümü ilə bağlı yeni məlumat verib.
Bildirilib ki, may ayından bəri 3 yetkin çita və 3 balasının öldüyü parkda “Tejas” adlı çita döyüş zamanı aldığı ölümcül yaralar səbəbindən xilas ola bilməyib.
Şayəstə Hüseynova




