Ukrayna Müdafiə Nazirliyinin rəhbəri bu cür vədlərin qiymətini bilmək istədiyini bəyan edib.
Elchi.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov G7 ölkələrinin təklif etmək niyyətində olduqları təhlükəsizlik təminatlarından narahatlığını ifadə edərək, bu cür vədlərin qiymətini bilmək istədiyini bildirib.
Bundan əvvəl Sky News xəbər vermişdi ki, Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsi NATO-nun Vilnüs sammiti çərçivəsində ratifikasiya oluna bilər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat deyib ki, onlar çərşənbə günü, iyulun 12-də açıqlana bilər.
Şayəstə Hüseynova




