Meksikanın Gerrero əyalətində 3 minə yaxın etirazçı bir araya gələrək əyalət qubernatorluğuna hücum edib. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, polisin etirazçılara müdaxiləsi nəticəsində baş verən qarşıdurmadan sonra nümayişçilərdən bəziləri təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşını oğurlayaraq, qubernatorluğun qapısını sındırıb və içəri daxil olublar.
Qeyd edək ki, şəhərdə komendant saatı elan edilib, Gerrero əyalətinin qubernatorluğunu tutan nümayişçilər 13 polisi girov götürüblər.
Havar Şəfiyeva




