"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Böyük Qayıdışla bağlı portalın təqdimatı oldu

12 İyul 2023 - 18:47
in ÖNƏMLİ

Bu gün Nazirlər Kabinetində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda Proqramın icra vəziyyətinə nəzər yetirilib, boyukqayidish.gov.az portalının icmal təqdimatı olub.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iclasda çıxış edərək, Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində azad olunan torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğuladı. R.Məmmədov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərin post müharibə dövründə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb və görülür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə qəbul olunan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə görülən və bundan sonra görüləcək işlər barədə məlumat verən Aparat rəhbəri bildirdi ki, bu Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin Sərəncamda Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilməsi qeyd olunub. Proqramın icrası üçün Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı qəbul edilib. Proqram çərçivəsində işlərin gedişinə nəzarətin səmərəli təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması tapşırılıb.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı boyukqayidish.gov.az portalının təqdimatını etdi. Bildirdi ki, Dövlət Proqramında 6 prioritet üzrə 25 fəaliyyət istiqaməti müəyyən edilib və 188 tədbirin icrası nəzərdə tutulur. İİTKM-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə “Metodoloji çərçivə” hazırlanıb.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib və video təlimat hazırlanıb. Hibrid formatda keçirilən təlimlərdə Dövlət Proqramının icrasında iştirak edən 44 dövlət qurumunun 200-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən müvafiq məlumatlar portalda yerləşdirilir. Bu məlumatlar əsasında İİTKM tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək.

Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsində səmərəliliyin yüksəldilməsi və digər məsələlər müzakirə olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-dan Serbiyaya qarşı sanksiya

Next Post

İmtahanlardan narazı qalan müəllimlərin diqqətinə

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
İmtahanlardan narazı qalan müəllimlərin diqqətinə

İmtahanlardan narazı qalan müəllimlərin diqqətinə

İranda hicaba görə yeniyetmələr həbs edildi

İranda hicaba görə yeniyetmələr həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.