Hindistanın şimalında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 41-ə yüksəlib.
Hindistanın şimalı güclü yağışlarla mübarizə aparır.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər, leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həftə sonundan bəri ən azı 41 nəfərin öldüyünü açıqlayıb.
Himaçal-Pradeş ştatının baş naziri Suxvinder “Sukhvinder Singh Sukhu” ştatda 31 nəfərin öldüyünü, Gəlirlər və Su Ehtiyatları Naziri “Brahm Shankar Jimpa” isə Pəncabda 10 nəfərin öldüyünü bildirib.
Mərkəzi Su Komissiyasının məlumatına görə, paytaxt Yeni Dehlidə Yamuna çayında suyun səviyyəsi 207,55 metrə çatıb və 1978-ci ildən bəri ilk dəfə olaraq Ən Yüksək Daşqın Səviyyəsini (HFL) 207,49 metr keçib.
Nuranə Məmmədova





