Cənub Avropa və Afrikanın şimal-qərbini əhatə edən isti dalğası yaxın günlərdə potensial rekord qıran temperaturlarla müşahidə olunub.
İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyənin bəzi yerlərində temperaturun 40 dərəcədən yuxarı olacağı gözlənilir.
Elchi.az BBC News-a istinadən xəbər verir ki, İtaliyada temperatur 48.8 dərəcəyə çata bilər. Florensiya və Roma da daxil olmaqla, 10 şəhər üçün qırmızı təhlükə xəbərdarlığı edilib.
İtaliyanın şimalında qırx yaşlarında bir kişi yıxılaraq ölüb.
İtaliya mətbuatı xəbər verir ki, 44 yaşlı işçi istidən yıxılmadan əvvəl Milanın yaxınlığındakı Lodi şəhərində zebra kəsişmə xətləri çəkirmiş. O, xəstəxanaya aparılıb və orada ölüb.
İtaliyalı siyasətçi Nikola Fratoianni “Tvitter” səhifəsində “Dözülməz isti dalğası ilə üzləşirik”,-deyib.
Ölkədəki bir neçə turist, o cümlədən, Romadakı Kolizey qarşısında bir britaniyalı da daxil olmaqla, istidən yıxılıb.
İtalyan Meteorologiya Cəmiyyəti tərəfindən Dantenin cəhənnəmində təsvir olunan üç başlı canavarın şərəfinə adlandırılan “Cerberus” isti dalğasının yaxın bir neçə gün ərzində ekstremal şərait gətirəcəyi gözlənilir.
“Met Office”, temperaturların cümə günü zirvəyə çatacağını deyir və “BBC Weather” deyir ki, cənub Avropanın böyük ərazilərində aşağı və orta 40 dərəcəyə qədər və bəlkə də daha yüksək temperatur müşahidə edilə bilər.
Avropanın ən isti temperaturu 48.8 dərəcə 2021-ci ilin avqustunda İtaliyanın Siciliya adasındakı Sirakuza yaxınlığında qeydə alınıb.
Keçən il istilər nəticəsində Avropada 60 mindən çox insan həyatını itirmişdi . Qorxu ondan ibarətdir ki, bu isti dalğası bu yay daha çox insanın ölümünə səbəb ola bilər.
İsti dalğası, temperaturun ilin gözləniləndən yüksək olduğu isti hava dövrüdür.
Mütəxəssislər deyirlər ki, fövqəladə isti hava dövrləri daha tez-tez baş verir və iqlim dəyişikliyi indi rekord qıran temperaturların yaşanmasının normal olduğunu göstərir.
Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzi bu ilin iyun ayının qlobal miqyasda rekordların ən istisi olduğunu bildirib.
Nuranə Məmmədova






