Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi bütün danışıqlar Yunanıstan mətbuatı tərəfindən addım-addım izlənilib. Yunan mətbuatı prezident Ərdoğanın sammitdə əhəmiyyətli bir uğur qazandığını vurğuladı.
NATO Sammitində prezident Ərdoğanın təmasları Yunanıstan mətbuatında da yaxından izlənilib.
Elchi.az xəbər verir ki, bu barədəTA NEA qəzeti “Ərdoğan Vilnüsdə kuboku qazandı” başlığı ilə xəbər verib.
Prezident Ərdoğan üçün “NATO Zirvəsinin qəhrəmanı” və “Zirvənin ən çox danışılan adamı” ifadələri işlədilib.
NEWS247 xəbər saytı “Ərdoğan hər şeyi aldı” başlığı ilə Türkiyənin F-16 məsələsində uğur qazandığını vurğulayıb.
Hesabatda “Türkiyə indi Qərbi öz istək və tələblərinə cavab verməyə məcbur edən super güc kimi davranır” deyilir.
“Dimokratiya” qəzeti isə “Türkiyə Vilnüsdə keçirilən NATO Zirvəsindən qalib kimi çıxdı” şərhini yazıb.Qəzet Türkiyənin ABŞ-la birlikdə F-16-larla bağlı əldə etdiyi irəliləyişlərə diqqət çəkib.Türkiyəyə müxalifliyi ilə tanınan ABŞ Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin də F-16 məsələsində yumşaldıldığı vurğulanıb.
Kathimerini qəzetində prezident Ərdoğanın “Yunanıstana qarşı F-16-lardan istifadə etməyəcəyik” sözləri manşetdə yer alıb.
Şayəstə Hüseynova





