Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsi üçün yaxşı nəticələrlə qayıtdıqlarını bildirib və “Bu, çox vacibdir. “Biz müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq.
Elchi.az xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi video açıqlamada NATO-nun Vilnüs sammitini dəyərləndirib.
Zirvədən ölkəsi və Ukrayna əsgərləri üçün yaxşı nəticələrlə qayıtdıqlarını ifadə edən Zelenski, “Bu, çox vacibdir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq. Bunlar dünyanın 7 aparıcı demokratik ölkəsi tərəfindən təsdiqlənən maddi təhlükəsizlik zəmanətləridir”. ifadəsini işlədib.
Ukraynanın daha əvvəl heç vaxt belə bir təhlükəsizlik təməlinin olmadığını vurğulayan Zelenski, “Bu təməl üzərində biz ən güclü ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalarından ibarət yeni və hüquqi öhdəliyi olan bir arxitektura quracağıq” dedi.
Şayəstə Hüseynova




