Çin böyük layihələr vasitəsilə Yaxın Şərq və Afrikada iqtisadi və ticari təsirini artırır. ABŞ-ın bölgədəki hegemonluğunun zəifləməsi ilə paralel olaraq ortaya çıxan Çinin regional təsirini genişləndirmək cəhdi qlobal güc münaqişələrində yeni bir pərdədir. Lakin ekspertlərin fikrincə, Çinin qitədəki hərbi gücü ABŞ-la rəqabət aparacaq vəziyyətdə deyil.
Elchi.az xəbər verir ki, Çin siyasi fəaliyyətləri ilə yanaşı, ticarət baxımından da Yaxın Şərq və Şimali Afrikada güclü mövqe qurur. Bu vəziyyətin ən böyük göstəricisi kommersiya fəaliyyətlərində özünü göstərir.
Belə ki, Çinin Yaxın Şərq və Şimali Afrikadakı ticarət həcmi 2019-cu ildəki 180 milyard dollardan 2021-ci ildə 259 milyard dollara yüksəlib. Digər tərəfdən, Çinin “Bir Kəmər və Yol” təşəbbüsü də regionda iqtisadi tərəfdaşlıqlarını artırır.
ABŞ-ın bölgədəki təsirinin zəifləməsi və Çinin daha çox görünməsi bu güc mübarizəsinin şiddətlənməsinə səbəb ola bilər. Çünki, Çinin Rusiya ilə sıx təmasda olması və Qərbin bu vəziyyəti təhdid kimi qəbul etməsi də NATO liderlərinin zirvə toplantısından sonrakı bəyanatda yer alıb.
Şayəstə Hüseynova




