"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD azərbaycanlılara İstanbul məscidlərində təlim keçib Suriyaya göndərir

28 İyul 2014 - 13:26
in FLƏŞ

“İraq və Şam İslam Dövləti” (İŞİD) İstanbul məscidlərini işğal edib və Azərbaycan vətəndaşlarına bu 58325_res_01məscidlərdə təlimat keçərək Suriya və İraqa yola salır.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı “Cümhuriyyet” qəzetinə verib.

Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimtlandırılıb Suriyaya yola salınır.

Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır.

“İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik” – deyə cəfəri lider bildirib.

Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir.

H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər.

“Sizə burada azan oxutmağa imkan verməyəcəyik” deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir.  Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin olmaması mümkün deyil” – deyə cəfəri lider bildirib.

H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən vəhhabilərin “Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı gəbərdirlər. Burada da başlasaydı…” deyə ona sataşdıqlarını eşidib.

Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskva müsəlmanları bayram namazı qıldılar – (Fotolar)

Next Post

Papa Fələstinlə İsrailə yalvardı: “Dayanın!”

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Papa Fələstinlə İsrailə yalvardı: “Dayanın!”

Gürcüstan baş nazirinin soydaşlarımızla Ramazan görüşü - (Fotolar)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.